11 Avqust 09:58 “Neftçi” rəsmiləri Cənubi Amerikada
FUTBOL xəbərləri 11 Avqust 09:58
1257 baxış

“Neftçi” rəsmiləri Cənubi Amerikada

“Neftçi” rəsmiləri uzaq səfərə çıxıblar. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klubun icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov Cənubi Amerikaya yollanıblar.

 

İşgüzar səfər müddətində bir sıra rəsmi görüşlər keçiriləcək və Latın Amerikasının məşhur klubları ilə gələcək əməkdaşlıq planları müzakirə olunacaq.

 

Həmçinin klub nümayəndələrinin Cənubi Amerikada bir neçə oyunu izləməsi də istisna deyil.