16 Oktyabr 16:02 “Neftçi”də daha bir itki - FOTO
FUTBOL xəbərləri 16 Oktyabr 16:02
866 baxış

“Neftçi”də daha bir itki - FOTO

Topaz Premyer Liqasının VIII turunda “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” heyətlə bağlı problemlər yaşayır. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, kapitan Araz Abdullayevin sabahkı matçda iştirak etməyəcəyi dəqiqləşib.

 

VI turda “Qarabağ”la səfər görüşündə zədələnən kapitanın 3 həftədən sonra qayıdacağı açıqlanmışdı. Artıq 3 həftə geridə qalmasına baxmayaraq, Abdullayevin hələ də hazır olmadığı müəyyənləşib.

 

Kapitanla yanaşı, ispaniyalı hücumçu Antonio Quinta da zədədən əziyyət çəkir. Aniete kimi tanınan 30 yaşlı forvard məşq zamanı ayağından xəsarət almışdı. Aniete kollektivlə birlikdə məşqlərə qoşulsa da, onun sabahkı matçda iştirakı sual altındadı.

 

Bunun əvəzində yüngül zədəsini sağaldan ispaniyalı müdafiəçi Xuan Alberto (Melli) və gənc yarımmüdafiəçi Elşən Abdullayev məşqçilər korpusunun ixtiyarında olacaqlar. “Zirə” ilə ötən tur oyununda qırmızı vərəqə alan digər gənc yarımmüdafiəçi Fəhmin Muradbəyli isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, sabah İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 15:30-da başlayacaq.

Xəbər lenti