27 Oktyabr 11:11 “Neftçi”də son durum: Quinta qayıtdı, kapitan gözləyir
FUTBOL xəbərləri 27 Oktyabr 11:11
4136 baxış

“Neftçi”də son durum: Quinta qayıtdı, kapitan gözləyir

Topaz Premyer Liqasının X turu çərçivəsində sabah “İnter”lə qarşılaşacaq “Neftçi” oyuna itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Samir Əliyev 2 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

 

“Qarabağ”la görüşdə zədələnən və bu səbəbdən son 3 turu buraxan Araz Abdullayev “İnter”lə matçda da meydana çıxmayacaq. Kollektivlə hazırlıq prosesinə qatılmayan kapitan hələlik fərdi məşqlərlə kifayətlənir. Abdullayevin “bankirlər”lə görüşdən sonra komanda ilə birgə məşqlərdə iştirak edəcəyi gözlənilir.

 

Arazla yanaşı, braziliyalı müdafiəçi Filyo Jairo Rodriges də “İnter”lə matçda meydana çıxmayacaq. Buna səbəb 23 yaşlı futbolçunun ötən tur AZAL-la qarşılaşmada qırmızı vərəqə alaraq, cəzalı duruma düşməsidi.

 

Əvəzində iki futbolçu Samir Əliyevin sərəncamına qayıdıb. İki oyunluq cəzasını başa çatdıran Fəhmin Muradbəyli baş məşqçi şans verəcəyi təqdirdə, “İnter”ə qarşı oynaya biləcək. Onunla yanaşı, zədəsini sağaldan Antonio Quintanın da sabahkı matçda iştirakı üçün əngəl qalmayıb.

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “İnter” qarşılaşması saat 19:00-da start götürəcək.  

Xəbər lenti