31 Avqust 16:24 “Neftçi”də yeni təyinat
FUTBOL xəbərləri 31 Avqust 16:24
2570 baxış

“Neftçi”də yeni təyinat

“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsindən istefa verən Gündüz Abbaszadənin əvəzləyicisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı həmkarımızın vəzifəsini müvafiq departamentdə çalışan Mehman Rəsulov icra edəcək.

 

Bu barədə saytımıza açıqlama verən Rəsulov xəbəri təsdiqləyərək bildirib ki, bu post müvəqqəti ona həvalə olunub: “Bu gün “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə ərizəsini yazıb, öz istəyi ilə vəzifəsindən ayrılıb. Onun vəzifə səlahiyyətlərini müvəqqəti olaraq mən icra edəcəm. “Neftçi” PFK Abbaszadəyə gələcək karyerasında uğurlar arzulayır”.

 

Qeyd edək ki, 2007-2011-ci illərdə ANS-də çalışan Rəsulov 2011-ci ildən “Neftçi”də fəaliyyət göstərir. Hazırda klubun internet layihələri idarə olunması üzrə meneceri olan həmkarımız 2010-cu ildə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən “İlin jurnalisti” seçilib. Rəsulov 2015-ci ildə “Arzularin ardınca” filminin ssenari müəllifi olub.

Xəbər lenti