2 Sentyabr 07:38 “Neftçi”dən Avropa Klubları Assosiasiyasının yeni layihəsinə dəstək
FUTBOL xəbərləri 2 Sentyabr 07:38
643 baxış

“Neftçi”dən Avropa Klubları Assosiasiyasının yeni layihəsinə dəstək

“Neftçi” üzvü olduğu Avropa Klubları Assosiasiyası (ECA) yeni layihənin icrasına start verib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, layihənin təbliğatına assosiasiyanın üzvü olan klublar da qoşulub.

 

“Beeactive” adı verilmiş layihə Avropada fiziki fəallığın artırılmasına hesablanıb. Layihə çərçivəsində qitənin bütün ölkələrində idmana çağırışlar səsləndiriləcək və insanlar fəal olmağa çağırılacaqlar. Çağırışa irqindən, dini mənsubiyyətindən və yaşından asılı olmayaraq hər kəs qoşula bilər.

 

“Neftçi” də öz növbəsində bu layihəyə qoşulur, sizi sağlam və fəal həyat tərzinə dəvət edir.

Xəbər lenti