14 İyun 13:47 “Neftçi”ni rədd edib, Ərəbistana getdi
FUTBOL xəbərləri 14 İyun 13:47
2212 baxış

“Neftçi”ni rədd edib, Ərəbistana getdi

“Neftçi”yə keçidi baş tutmayan Marius Şumuditsanın yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssis Asiya qitəsində çalışacaq.

 

Ötən mövsümün sonlarında “Kayserispor”dan ayrılan Şumuditsa ÇFR və “Neftçi”nin diqqət mərkəzində idi. Rumıniya klubu başqa mütəxəssisə üstünlük vermişdisə, Şumuditsa özü “Neftçi”nin təklifini rədd etmişdi.

 

Bakılıların maliyyə şərtləri ilə razılaşmayan mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Şabab”la anlaşıb. O, yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, “Əl-Şabab” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 10-cu yeri tutub.

Xəbər lenti