3 Sentyabr 12:58 "Neftçi"nin büdcəsi təsdiqləndi, yeni qərarlar qəbul olundu
FUTBOL xəbərləri 3 Sentyabr 12:58
4661 baxış

"Neftçi"nin büdcəsi təsdiqləndi, yeni qərarlar qəbul olundu

Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə olunub.

 

Müzakirələrin yekununda aşağıdakı qərarlar qəbul edilib:

1. “Neftçi” PFK-nın büdcə layihəsi müzakirə olunub və klubun büdcəsi Müşahidə Şurası tərəfindən təsdiqlənib.

2. “Neftçi” üzvlük kartları ilə bağlı layihə yüksək qiymətləndirilib və layihənin daha da genişlənməsi ilə bağlı qərar qəbul edilib.

3. “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımovun Cənubi Amerikaya rəsmi işgüzar səfəri ilə bağlı hesabat təqdim edilib. Səfər çərçivəsində Braziliyanın “Fluminense” klubu ilə əməkdaşlığının gedişatı yüksək qiymətləndirilib və əməkdaşlığın iqtisadi baxımdan səmərəli olduğu vurğulanıb. Əməkdaşlığın davamı olaraq “Fluminense” klubunun nümayəndələrinin yaxın zamanda ölkəmizə səfər edəcəyi ilə bağlı hazırlıq tədbirlərinin görülməsi ilə əlaqədar qərar qəbul edilib.

4. İclasda “Neftçi” PFK-nın “Bakcell Arena”da muzey layihəsi ilə bağlı müzakirələr aparılıb və icra olunmasına qərar verilib.

5. “Neftçi” PFK-nın “Bakcell Arena”da fan-şop layihəsi ilə bağlı müzakirələr aparılıb və icra olunmasına qərar verilib.

 

Xəbər lenti