24 İyul 13:45 “Neftçi”nin futbolçusu: Yoxlama oyunlarında nəticə önəmli deyil
FUTBOL xəbərləri 24 İyul 13:45
675 baxış

“Neftçi”nin futbolçusu: Yoxlama oyunlarında nəticə önəmli deyil

“Fikrimcə, oyunumuz pis alınmadı. Düzdü, görüş heç-heçə qurtardı, amma yoxlama oyunlarında nəticə önəmli deyil”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Elşən Abdullayev deyib.

 

Gənc yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında “Alanyaspor”la keçirilmiş yoxlama oyunu (1:1) haqda fikirlərini bölüşüb.  

 

O bildirib ki, baş məşqçi Samir Əliyev toplanış müddətində bütün futbolçuları yoxlayır: “Komanda daha çox gənclərdən təşkil olunub və baş məşqçimiz bütün ehtiyat futbolçuları sınadı. Çalışırıq “Kəpəz”lə oyunadək tam hazır olaq”.

Xəbər lenti