6 Oktyabr 11:21 “Neftçi”nin hücumçusu “Levski”yə keçir?
FUTBOL xəbərləri 6 Oktyabr 11:21
7872 baxış

“Neftçi”nin hücumçusu “Levski”yə keçir?

“Neftçi”nin ispaniyalı hücumçusu Antonio Salas Quinta (Aniete) yenidən Bolqarıstana yollanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 30 yaşlı forvard sabiq klubu “Levski”nin oyununda görünüb.

 

Azərbaycan çempionatında fasilə yarandığından, “Neftçi” futbolçularını istirahətə buraxıb. Bundan yararlanan Aniete də Bolqarıstana gedərək, ölkə çempionatının XI turu çərçivəsində baş tutan “Liteks” – “Levski” matçını tribunadan izləyib. Futbolçunun ötən mövsüm formasını geyindiyi “Levski” səfər qələbəsi (2:1) sayəsində turnir cədvəlində liderliyə yüksəlib. Bolqarıstan mətbuatı Anietenin bu səfərini “Levski”yə olan sevgisi ilə əlaqələndirib. Bəziləri isə onun yenidən Sofiya klubuna dönə biləcəyini iddia edirlər.

 

Qeyd edək ki, yayda “Neftçi”yə keçən Antonio Quinta ötən mövsüm “Levski”nin heyətində Bolqarıstan çempionatında keçirdiyi 28 oyunda 14 qola imza atmışdı. O, cari mövsüm Topaz Premyer Liqasında keçirdiyi 4 matçda hələ də “siftə” etməyib.

Xəbər lenti