14 Oktyabr 21:36 “Neftçi”nin icraçı direktoru Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”na seçilib - FOTO
FUTBOL xəbərləri 14 Oktyabr 21:36
405 baxış

“Neftçi”nin icraçı direktoru Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”na seçilib - FOTO

Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq edib. Apasport.az saytının məlumatına görə, ECA-nın “Marketinq və Kommunikasiya qrupu”nda “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov da yer alıb.

 

İşçi qrupunun üzvləri arasında İspaniyanın “Real Madrid”, İtaliyanın “Milan”, Almaniyanın “Bavariya”, İngiltərənin “Arsenal” kimi klublarının nümayəndələri də var.

 

Assosiasiyadan “Neftçi”yə ünvanlanmış məktubda ilin sonuna kimi qrup üzvlərinin iştirakı ilə təşkil olunacaq görüşün yeri və vaxtı haqqında əlavə məlumatın veriləcəyi bildirilib.

 

Əlavə olaraq Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”nun tam tərkibini təqdim edirik. (klub saytı)

Xəbər lenti