11 Noyabr 11:05 “Neftçi”nin kapitanı “Xəzər Lənkəran”a qarşı oynayacaqmı?
FUTBOL xəbərləri 11 Noyabr 11:05
1084 baxış

“Neftçi”nin kapitanı “Xəzər Lənkəran”a qarşı oynayacaqmı?

Zədə səbəbindən ölkə çempionatının son turlarında “Neftçi”yə kömək edə bilməyən Araz Abdullayev sıraya dönüb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, kapitan Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Xəzər Lənkəran”la keçiriləcək oyuna tam hazırdı.

 

Kollektivlə birgə məşqlərdə iştirak edən Abdullayevin ötən tur “Rəvan”la matçda meydana çıxacağı gözlənilirdi. Ancaq baş məşqçi Samir Əliyev 23 yaşlı yarımmüdafiəçinin zədəsini yeni sağaltdığını nəzərə alaraq, ona şans verməklə risk etmək istəməmişdi. “Xəzər Lənkəran”la prinsipial görüşdə isə Arazın iştirak edəcəyi gözlənilir.

 

“Neftçi”nin digər futbolçusu Antonio Quintanın yüngül zədəsi olsa da, bu, ispaniyalı hücumçunun “Xəzər Lənkəran”a qarşı oynamasına problem yaratmayacaq. Kollektivlə birgə məşqlərdə iştirak edən “Anyete” ləqəbli forvard da meydana çıxmağa hazırdı.

 

“Xəzər Lənkəran”la oyunöncəsi “Neftçi”nin yeganə problemi Ruslan Qurbanovla bağlıdı. O, sarı vərəqə limitini doldurduğu üçün “ağ-yaşıllar”la görüşü buraxacaq.

 

Qeyd edək ki, ölkə çempionatının cari mövsümündə 12 turdan sonra cəmi 3 qələbəsi olan “Neftçi” “Xəzər Lənkəran”la noyabrın 22-də üz-üzə gələcək. 

Xəbər lenti