10 Avqust 14:10 “Neftçi”nin müdafiəçisi: Hücumçularımız öz üzərlərində işləməlidilər - MÜSAHİBƏ
FUTBOL xəbərləri 10 Avqust 14:10
4634 baxış

“Neftçi”nin müdafiəçisi: Hücumçularımız öz üzərlərində işləməlidilər - MÜSAHİBƏ

Topaz Premyer Liqasının I turu çərçivəsində baş tutan “Neftçi” – “Kəpəz” oyununda 90 dəqiqə meydançada olan paytaxt klubunun ispaniyalı müdafiəçisi Xuan Alberto Melli qarşılaşma ilə bağlı apasport.az saytına müsahibə verib

 

- Mövsümə xal itkisi ilə start verdiniz. Qələbə nə mane oldu?

- Gözləmədiyimiz nəticə ilə qarşılaşdıq. Emosiyaların hakim kəsildiyi bir qarşılaşma oldu. Təəssüf ki, hücum planında yaxşı oyun nümayiş etdirə bilmədik. Qələbə qazana bilməsək də, mövsümə xalla start verdik. Bunun özü müsbət məqamlardan biridi. Amma hücum xətti öz üzərində işləməli və qol vurmalıdı.

 

- Xal qazansanız da, “Neftçi”dən bu cür oyun və başlanğıc gözlənilmirdi...

- Komanda oynadı, çalışdı, mübarizə apardı. Sadəcə, qol vura bilmədi. Başlanğıc hər zaman çətin olur. Vacib olan davamını uğurlu gətirməkdi.

 

- Birinci diviziondan yüksəlmiş komandaya qarşı bu cür oyun sərgiləyirsinizsə, iddialı “Qarabağ”a, “Qəbələ”yə qarşı necə mübarizə aparacaqsınız?

- Çempionatın startı hər zaman çətin olur. Heç nə aydın deyil. Biz “Kəpəz”lə görüşdə pis oynamadıq. Qol epizodları yaratdıq. Çatışmayan şey qol idi.

 

- Bugünkü “Neftçi” adlarını çəkdiyimiz klublarla ayaqlaşa biləcəkmi?

- Qarışıq oyun oldu. İşləmək lazımdı. Çünki qarşıda ağır oyunlar olacaq. Hansı ki, həmin komandalar daha keyfiyyətli oyun nümayiş etdirirlər. Oyundan-oyuna daha yaxşı olacağıq.

 

- “Neftçi” avrokuboklar zonasına düşə bilməsə, uğursuzluq kimin ayağına yazılmalıdı?

- Birinci oyuna görə komandanın mövsümü hansı pillədə başa vuracağını demək olmaz. Çempionat uzun marafondu. Çalışacağıq, mübarizə aparacağıq. Hələ ki, biz də razı deyilik. Ön xətdə oyunumuzu yaxşılaşdırmalıyıq.

Xəbər lenti