26 Avqust 10:07 “Neftçi”nin sabiq futbolçusu: Zenyov “Qəbələ”də çox əla oynayır
FUTBOL xəbərləri 26 Avqust 10:07
3962 baxış

“Neftçi”nin sabiq futbolçusu: Zenyov “Qəbələ”də çox əla oynayır

“Çalışdığım futbolçular arasında məşhur olanı yoxdu. Yalnız Sergey Zenyov var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin və Estoniya millisinin futbolçusu Sergey Zenyovun agenti Andrey Stepanov deyib.

 

Futbolçu karyerasında Estoniya yığmasında 86 oyun keçirən 36 yaşlı veteran son illərdə menecerlik fəaliyyətinə başlayıb.

 

2009-cu ildə Bakının “Neftçi” klubunda da çıxış edən müdafiəçi Rusiya mətbuatına müsahibə verib. Stepanov bu yay “Qəbələ”yə transfer olunan həmyerlisi, müştərisi  Zenyovun ölkəmizdə göstərdiyi oyundan razı qaldığını bildirib: “Sergey əvvəl Ukraynada çıxış edirdi. Ötən ilin yayında onun İngiltərə “Blekpul”una keçməsində vasitəçi olmuşduq. Moskva “Torpedo”sundan sonra isə Azərbaycanın “Qəbələ” klubu ilə müqavilə imzaladı. Zenyov bu komandada çox əla oynayır. İndiyədək avrokuboklarda mərhələ adlamayan komanda 3 təsnifat raundunu adlayıb. Sergey isə artıq yeni komandasında 3 qol vurub. Onlardan birini də çempionun – “Qarabağ”ın qapısından keçirib”.

 

Qeyd edək ki, Zenyov Premyer Liqada 3 oyunda 1, Avropa Liqasında 7 matçda 2 qol vurub.

Xəbər lenti