3 Oktyabr 20:35 “Neftçi”nin zəif tərəflərini bilirdik” – Adil Şükürov
FUTBOL xəbərləri 3 Oktyabr 20:35
934 baxış

“Neftçi”nin zəif tərəflərini bilirdik” – Adil Şükürov

“İlk növbədə komandamızı təbrik edir, belə ağır oyunda bizə dəstək olduqlarına görə isə azarkeşlərə minnətdarlığımı bildirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

 

“Neftçi” ilə oyunda 2:0 hesabla qalib gələrək liderliyə yüksələn debütantın baş məşqçisi oyun haqqında fikirlərini bölüşüb:

 

“Azərbaycanın ən güclü komandalarından birinə  qarşı oynadıq. Belə bir matçda futbolçularım verilən bütün tapşırıqları yerinə yetirdilər. Biz bütün oyunları təhlil edir, oyunlara planlı şəkildə çıxırıq. “Neftçi”nin də güclü və zəif tərəflərini bilirdik”.

Xəbər lenti