27 Oktyabr 14:51 “Neftçi”yə 200 manatlıq cərimə
FUTBOL xəbərləri 27 Oktyabr 14:51
518 baxış

“Neftçi”yə 200 manatlıq cərimə

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının IX turunun qarşılaşmalarında yaşananlar da müzakirə olunub.

 

Komitə üzvləri yalnız bir futbolçu ilə bağlı qərar verib. Belə ki, AZAL-la oyunun 90+4-cü dəqiqəsində meydandan qovularaq, “Neftçi”ni azlıqda qoyan Jairo Rodriges cəzalanıb.

 

Sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan legioner 1 oyunluq kənarlaşdırılıb. O, “İnter”lə sabahkı matçı buraxmalı olacaq. “Neftçi” isə 200 manat cərimə ödəyəcək.

Xəbər lenti