12 İyul 22:27 Nəhayət anlaşdılar: Rahim Sterlinq “Mançester Siti”yə gedir
FUTBOL xəbərləri 12 İyul 22:27
631 baxış

Nəhayət anlaşdılar: Rahim Sterlinq “Mançester Siti”yə gedir

Uzun müddətdi gələcəyi naməlum qalan Rahim Sterlinq nəhayət “Liverpul”u tərk edəcək. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, futbolçu “Mançester Siti”yə keçmək üzrədi.

 

Bildirilir ki, “şəhərlilər” gənc futbolçu üçün mersisaydlılara 68 milyon avro ödəyəcək. Məbləğin ilk 61 milyonu nağd, geridə qalan 7 milyon isə klub Çempionlar Liqası çempionu olarsa veriləcək.

 

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi “Liverpul” forması ilə meydana çıxdığı 95 oyunda 18 qol vurub, 17 dəfə isə komanda yoldaşlarına asistentlik edib.

Xəbər lenti