1 Noyabr 01:06 Nelson Bonilla: Bu cür oyunlarda 1 xal qazanmaq da kifayətdi – MÜSAHİBƏ
FUTBOL xəbərləri 1 Noyabr 01:06
7403 baxış

Nelson Bonilla: Bu cür oyunlarda 1 xal qazanmaq da kifayətdi – MÜSAHİBƏ

Topaz Premyer Liqasının XI turunda “İnter”lə qarşılaşan “Zirə” qolsuz heç-heçə edib. Oyundan sonra debütantın salvadorlu hücumçusu Nelson Bonilla apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Rəqibimiz Azərbaycan futbolunda sözünü demiş komanda idi. Buna görə də oyun çətin keçdi. Bizim üçün bu cür oyunlarda 1 xal qazanmaq da kifayətdi.

 

- Nəticəni ədalətli hesab edirsiniz?

- “İnter”lə eyni səviyyədə mübarizə apardıq. Qol vurmaq üçün həm onların, həm də bizim şanslarımız oldu. Onu da nəzərə almaq lazımdı ki, rəqibimiz avrokuboklara vəsiqə qazanmaq, biz isə Premyer Liqadakı yerimizi qorumaq üçün mübarizə aparırıq. Gücülülər dəstəsində yeniyik.

 

- Amma qələbə qazansaydınız, turnir cədvəlində rəqibinizi üstələyəcəkdiniz. Bu əlavə stimul yaratmırdı?

- Hər şeydən əvvəl biz çempionatda qalmaq vəzifəsini yerinə yetirməliyik. Üstəlik, səfərdə qazanılan 1 xal çox vacib idi, bunu da bacardıq. Növbəti oyunlar haqda düşünməliyik.

 

- Reallığı nəzərə alsaq, Premyer Liqada qalmaq sizin üçün çətin olmayacaq. Belədə avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq uğrunda mübarizəyə niyə qoşulmayasınız?

- Əlbəttə, bunu da etmək olar. Niyə də olmasın?! Ancaq hər bir komandanın qarşısına əsas tapşırıq qoyulur. Bizim vəzifəmiz də Premyer Liqadakı yerimizi qorumaqla bağlıdı. Diqqətimizi buna yönəltmişik.

 

- Hücum xəttiniz elə də fəal deyil. Bunun səbəbini nədə görürsünüz?

- Konkret özüm haqda danışa bilərəm. İyunda millidən döndükdən sonra bərpa prosesi keçirəm. Çalışıram ki, öz formamı bərpa edim. Qarşıdakı oyunlara qədər bunun öhdəsindən gələcəyimi düşünürəm.

 

- “İnter”lə oyunun birinci hissəsində nisbətən fəal idiniz. Fasilədən sonra tamamilə qeyb olmağınız nə ilə bağlıydı: rəqib müdafiəçilər oynamağınıza imkan vermirdi, yoxsa yorulmuşdunuz?

- Bu taktiki gedişlə bağlı idi. İkinci hissədə oyun əsasən meydanın mərkəzində getdi. Düzdü, həm mənim, həm də Rəşad Abdullayevin fərqlənmək üçün şansımız oldu. Ümumilikdə isə bərabər səviyyəli oyun keçdiyini deyə bilərəm.

 

- Son 4 oyunda qələbə qazana bilməməyiniz nədən irəli gəlir?

- Səbəbi yeni komanda olmağımızdı.

Xəbər lenti