11 Noyabr 09:00 “Nəticə oyuna görə olmadı”
FUTBOL xəbərləri 11 Noyabr 09:00
306 baxış

“Nəticə oyuna görə olmadı”

“Belə turnirlərdə ilk oyun hər zaman çətin keçir. Çünki rəqibinin necə oynayacağını bilmirsən. Xüsusilə, birinci  oyunda meydan sahibi ilə qarşılaşmaq ikiqat çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının baş məşqçisi Oleq Kuznetsov deyib.

 

O, AVRO-2016-nın seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunları çərçivəsində Azərbaycan millisi ilə keçirilən qarşılaşma haqda fikirlərini açıqlayıb. Kuznetsov 4:0 hesabı ilə qalib gələn yetirmələrindən razı qalmadığını bildirib: 4:0 hesabı ilə qalib gəlsək də, oyunumuzdan razı qalmadım. Birinci hissədə futbolçular həyəcanlı idi. Açığı, Azərbaycan yığması bu hesabla uduzmağa layiq deyildi. Nəticə oyuna görə olmadı. Sadəcə, rəqibimiz birinci qolu buraxdıqdan sonra hücuma çox aludə olduğundan, müdafiədə boşluqlar verdi və biz də bundan istifadə etdik. İndidən hansı komandanın mərhələ adlayacağını proqnozlaşdırmaq mümkün deyil. Məğlub olmasına baxmayaraq, Azərbaycan millisinin də elit-raunda yüksəlmək şansı var”.

 

Mənbə: affa.az

Xəbər lenti