16 Oktyabr 15:07 Nigerlə Bəhreynin arasında
FUTBOL xəbərləri 16 Oktyabr 15:07
4773 baxış

Nigerlə Bəhreynin arasında

Milli komandaların növbəti FİFA reytinqinin təxmini variantı açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 5-də açıqlanacaq cədvəlin qeyri-rəsmi variantında ciddi dəyişikliklər diqqət çəkir.

 

Bu da hesabat dövründə DÇ-2018 və AVRO-2016-nın seçmə oyunlarının keçirilməsi ilə bağlıdı. Dəyişikliklər Azərbaycan millisinə də təsir edib. Bu müddətdə 2 matçda qüvvəsini sınayan Robert Prosineçkinin yetirmələri 35 xal itirib. İtaliya ilə ev (1:3), Bolqarıstanla səfər (0:2) görüşlərində uduzan yığmamızın əmsalı 328-dən 293-ə qədər azalıb. Bu itki komandamızın 105-ci pillədən 113-cü yerə enməsi ilə nəticələnib.

 

Bəhreynlə eyni xala malik yığmamız böyük geriləməylə üzləşən Sudan və Ermənistanı keçsə də, Niger, Aruba, Gürcüstan, Kuba, Botsvana, Burundi, Zimbabve, Kipr, Sent-Kitts Nevisdən geri düşüb. Həmçinin, yığmamız ayın əvvəlində eyni nəticəyə malik olduğu Liviyanı da önə buraxıb.

 

Millimiz və “qonşuları”
 

108 (117). Kuba - 312

108 (105). Liviya - 312

110 (110). Gürcüstan - 301

111 (115). Aruba - 299

111 (120). Niger - 299

113 (105). AZƏRBAYCAN – 293

113 (123). Bəhreyn - 293

115 (118). Beliz - 292

116 (127). Madaqaskar - 290

117 (126). Namibiya - 290

118 (129). KXDR - 288

 

Ehtimallara əsasən, tərtib olunan qeyri-rəsmi siyahının ilk “onluğ”unda da ciddi dəyişikliklər diqqət çəkir. Belçika 3-cü pilləni 1-ciyə, Argentina isə əksinə dəyişib. Çili 4, İngiltərə ilə Avstriya hərəyə 1 addım atıb. Sonuncular bunun sayəsində “onluğ”a düşüb. Uels isə buradakı yerini itirib. Argentina kimi Kolumbiya və Braziliya da geriləyib.

 

İlk “onluq”

1 (3). Belçika – 1440
2 (2). Almaniya – 1388
3 (1). Argentina – 1383

4 (4). Portuqaliya – 1365

5 (9). Çili – 1288

6 (6). İspaniya - 1287
7 (5). Kolumbiya – 1233

8 (7). Braziliya – 1208

9 (10). İngiltərə - 1179

10 (11). Avstriya - 1130

 

Millimizin artıq başa çatan AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən ikisi – Bolqarıstan 12, İtaliya 4 pillə irəliləyib. Malta 1, Xorvatiya 3, Norveç isə 12 addım geri düşüb.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

13 (17). İtaliya – 1040
19 (16). Xorvatiya – 924
46 (34. Norveç - 637
66 (78). Bolqarıstan - 497
158 (157). Malta – 164
 

DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən Almaniya ilə San-Marino mövqeyində qalıb. Şimali İrlandiyanın irəlilədiyi təxmini siyahı Çexiya ilə Norveçin geriləməsini qeydə alıb.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

2 (2). Almaniya – 1388

17 (15). Çexiya - 974

29 (35). Şimali İrlandiya - 797

46 (34). Norveç - 637
196 (196). San-Marino - 35


Qeyd edək ki, qonşu Türkiyə yığması böyük sıçrayışa nail olub. Qeyri-rəsmi cədvəldə

941 xalı olan “ay-ulduzlular” 19 pillə irəliləyərək, 18-ci yerə yüksəlib.

Xəbər lenti