9 Sentyabr 16:38 Niko Kovaç istefaya göndərildi!
FUTBOL xəbərləri 9 Sentyabr 16:38
6185 baxış

Niko Kovaç istefaya göndərildi!

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç istefaya göndərilib. Apasport.az saytı Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu gün keçirilən iclasda İcraiyyə Komitəsinin üzvləri 44 yaşlı məşqçi ilə əməkdaşlığa son qoyulmasını istəyiblər.

 

Yeni baş məşqçinin adı sentyabrın 21-nə kimi bəlli olacaq. Bu müddət ərzində Xorvatiya Futbol Federasiyası bu posta namizəd məşqçilərlə danışıq aparacaq.

 

Əsas namizədlər Ante Kaçiç və Nenad Qraçandı.

 

Qeyd edək ki, Kovaç 2013-cü ildən Xorvatiya yığmasına başçılıq edirdi. Onun istefaya göndərilməsi məsələsi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qolsuz heç-heçə və Norveçə məğlubiyyətdən (0:2) sonra gündəmə gəlmişdi. 

Xəbər lenti