13 Avqust 18:39 Nurlan Novruzovun yeni klubu rəsmiləşdi
FUTBOL xəbərləri 13 Avqust 18:39
6282 baxış

Nurlan Novruzovun yeni klubu rəsmiləşdi

“Zirə” heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Topaz Premyer Liqasının bombardiri olan Nurlan Novruzov debütantın sıralarına qoşulub.

 

“Bakı” klubu ilə əldə olunan razılığa əsasən Nurlan 6 aylıq icarə əsasında “Zirə”də çıxış edəcək. Ancaq Novruzovla müqavilənin müddəti artırıla bilər.

 

Bu haqda artıq futbolçu ilə şifahi razılıq əldə olunub. Klublar arasında da razılıq əldə olunarsa 6 aydan sonra Nurlan Novruzovla müqavilənin müddətinin artırılması mümkündür. (klub saytı)