20 Sentyabr 22:47 “Ona eyni halın təkrarlanmamasını tapşıracam” – Samir Əliyev
FUTBOL xəbərləri 20 Sentyabr 22:47
4132 baxış

“Ona eyni halın təkrarlanmamasını tapşıracam” – Samir Əliyev

“Görüşdən öncə böyük oyunun əhəmiyyətini itirdiyini deyirdilər. Məncə, böyük oyuna layiq bir mübarizə getdi. Mübarizə, qırmızı vərəqə, vurulmayan penalti...” Apasport.az saytının məlumatına görə,  bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.

 

Topaz Premyer Liqasının V turu çərçivəsində öz meydanında “Xəzər Lənkəran”la qarşılaşan “ağ-qaralar”ın baş məşqçisi 1:1 hesablı bərabərliklə bitən oyundan sonra matç barəsində fikirlərini bölüşüb:

 

“Futbolda səhvlər olur. Biz də səhvlər etdik. Məncə, Erik Ramos ədalətli oyun qaydalarına riayət etməli, topu rəqibə qaytarmalı idi. Amma bunu etmədi. Onunla bu barədə söhbət edib, eyni halın təkrarlanmamasını tapşıracağam. Ola bilsin ki, qələbə istəyindən irəli gələn bir şeydi. Amma istənilən halda, olmamalıdır”.

Xəbər lenti