22 Avqust 12:15 “Onlar bizdən uğurlu nəticə gözləyir”
FUTBOL xəbərləri 22 Avqust 12:15
309 baxış

“Onlar bizdən uğurlu nəticə gözləyir”

“Qəbələ” ilə qarşılaşmaya digər oyunlara olduğu kimi hazırlaşmışıq. Həftə ərzində komanda səylə məşq edib”. Bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə söyləyib.

 

Təcrübəli məşqçi Gəncə təmsilçisinin Topaz Premyer Liqasının III turunda qarşılaşacağı “Qəbələ” ilə matç haqda fikirlərini açıqlayıb: “Hazırlıq dönəmində sırf Qəbələ klubuna qarşı hazırlıq olmayıb. Taktiki planda dəyişiklik olacaq. Ancaq motivasiya, əhval-ruhiyyə baxımından dəyişiklik yoxdu. Komanda oyuna digər matçlara olduğu kimi yanaşır. Bilirik ki, bizi çətin oyun gözləyir. İki oyundu yaxşı çıxış etsək də, qələbə qazana bilmirik. Gəncə azarkeşləri, rəhbərlik bizdən uğurlu nəticə gözləyir, meydana bunun üçün çıxacağıq. Komanda ilk öncə yaxşı futbol göstərməyə çalışacaq. Bu olarsa, mütləq nəticə də gələcək. Ölkənin ən iddialı klublarından birinə qarşı oynayacağıq. Onların Avropa Liqasında oynamasına baxmayın. Çünki komandada iki eyni səviyyəli heyət var. Ehtiyatda qalan futbolçular da güclüdürlər, millidə çıxış edən oyunçuları da az deyil. Gərgin oyun olacaq”.

 

Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” oyunu sabah keçiriləcək.

Xəbər lenti