15 Oktyabr 15:37 “Onlar qrupun digər komandalarından xeyli üstün idi” - İvaylo Petev
FUTBOL xəbərləri 15 Oktyabr 15:37
858 baxış

“Onlar qrupun digər komandalarından xeyli üstün idi” - İvaylo Petev

“Yığmanın seçmə mərhələdəki son 4 oyunundan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan mili komandası ilə eyni qrupda yer alan balkanlıların çalışdırıcısı yarışın yekunlarını dəyərləndirib. O, Azərbaycan millisini 2:0 hesabı ilə məğlub edərək, qrupda 4-cü olan yetirmələrinin çıxışını qənaətbəxş sayır. Petev final mərhələsinə birbaşa vəsiqə qazanan İtaliya ilə Xorvatiyanı digər komandalar – Norveç, Azərbaycan, Bolqarıstan və Maltadan bir neçə dəfə güclü olduğunu bildirib: “Heç kim İtaliya və Xorvatiyanı məğlub etməklə bağlı xəyallar qurmurdu. Onlar qrupun digər komandalarından xeyli üstün idi. Seçmə mərhələdə də bunun şahidi olduq. Yalnız Norveçlə qarşılaşmaya görə təəssüflənirəm. Amma həmin qarşılaşmada cəmi iki əsas heyət oyunçumuz qalmışdı. Digərləri isə ehtiyat futbolçularımız idi. Bolqarıstan millisi ilə 3 illik müqaviləm var. Postumda qalıb-qalmamaqla bağlı qərarı da futbol ittifaqı verir. Mən isə sadəcə icraçıyam və öz işimi görürəm”.

 

Xəbər lenti