7 Noyabr 14:28 “Onlara qarşı oynamaq daha asandı”
FUTBOL xəbərləri 7 Noyabr 14:28
9269 baxış

“Onlara qarşı oynamaq daha asandı”

“AVRO-2016-nın seçmə mərhələsinin son qarşılaşmasında nisbətən yaxşı oynadıq. Bunun müəyyən səbəbləri var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu Georgi Milanov deyib.

 

23 yaşlı yarımmüdafiəçi vətənində verdiyi müsahibədə AVRO-2016-nın seçmə mərhələsinin yekunlarına da toxunub. Milanov oktyabrın 13-də Azərbaycan millisinə qarşı keçirilən matçı da xatırlayıb: “Azərbaycan yığmasına yuxarıdan aşağı baxmaq fikrim yoxdu. Lakin onlara qarşı oynamaq İtaliya və ya Xorvatiya ilə qarşılaşmaqdan daha asandı. Bu amil də seçmə mərhələni qələbəylə başa vurmağımıza kömək etdi. Həm də ki, son görüşdə itiriləsi heç nəyimiz yox idi. Məhz bunun nəticəsində təzyiqsiz oynayıb, potensialımızı tam ortaya qoyduq. Ümid edirəm ki, güclü komandalara qarşı da belə oynayacağıq”.

 

Qeyd edək ki, Sofiyada keçirilən Bolqarıstan – Azərbaycan oyununda meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti