18 Yanvar 12:48 “Onları dost yox, nəticə qazanmaq üçün transfer etmişik”
FUTBOL xəbərləri 18 Yanvar 12:48
1058 baxış

“Onları dost yox, nəticə qazanmaq üçün transfer etmişik”

“Xəzər Lənkəran”a daha 2 rumıniyalı futbolçu transfer etməyimiz mümkündür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Rumıniya mətbuatına açıqlama verən mütəxəssis komandasına transfer etdiyi həmyerlilərinin çoxluğuna münasibət bildirib: “Azərbaycanda legionerlərə limit olduğundan yalnız 8 əcnəbi futbolçunu meydana buraxa bilərik. Amma hələ 2 futbolçu da transfer etməliyik. Çünki 9 oyunçu ilə yollarımızı ayırmışdıqsa eyni sayda da futbolçu götürməliyik. Hələlik isə 7 nəfər transfer etmişik. Mən bu oyunçuları komandaya dost yox, nəticə qazanmaq üçün transfer etmişəm”.

Xəbər lenti