28 İyun 23:24 Oyunçu qol vurdu, əmisi həyəcandan vəfat etdi
FUTBOL xəbərləri 28 İyun 23:24
860 baxış

Oyunçu qol vurdu, əmisi həyəcandan vəfat etdi

Amerika Kuboku ¼ final qarşılaşması çərçivəsində baş tutan Braziliya – Paraqvay oyunu ikincilərin qələbəsi ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, oyundan sonra Paraqvay millisinin oyunçuları, xüsusilə də Derlis Qonzales qələbə sevincini doyunca yaşaya bilməyiblər.

 

Belə ki, oyunun gedişində Paraqvayın qazandığı penalti vuruşunu qola çevirərək hesabı bərabərləşdirən və matçı əlavə vaxta aparan Derlis Qonzalesin əmisi televiziyada oyunu izlərkən penalti epizodunda həyəcana dözə bilməyib və vəfat edib.

 

Faciəvi hadisə haqqında futbolçuya həyat yoldaşı məlumat verib. Qonzales isə hadisəni öz “tvitter” səhifəsində paylaşıb.

 

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi 2014-cü ildən “Bazel”də çıxış edir.

Xəbər lenti