10 Oktyabr 23:51 “Oyundan əvvəl bir az qorxu var idi” – Matteo Darmian
FUTBOL xəbərləri 10 Oktyabr 23:51
707 baxış

“Oyundan əvvəl bir az qorxu var idi” – Matteo Darmian

“Bu oyunun çətin olacağını bilirdik. Azərbaycan 4 oyun idi uduzmurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının üzvü Matteo Darmian deyib.

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bakı milli komandamızla qarşılaşan “skuadra azzura”nın müdafiəçisi oyun haqqında fikirlərini bölüşüb:

 

“Oyundan əvvəl bir az qorxu var idi bizdə. Əsas odur ki, 3 xalı qazandıq və Avropa çempionatına gedirik. Buna görə çox sevincliyik. Bilirdik ki, Azərbaycan qol vura bilər, hər şey gözləyirdik. Ancaq biz cavab qolundan sonra özümüzü topladıq və 2-ci qolu vurduq”.

Xəbər lenti