26 İyul 00:55 “Oyundan oyuna artırırıq” – Şahin Diniyev
FUTBOL xəbərləri 26 İyul 00:55
903 baxış

“Oyundan oyuna artırırıq” – Şahin Diniyev

“Kəpəz” – “Kocaeli Birlikspor” yoxlama oyunundan (2:1) sonra Gəncə komandasının baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə görüşlə bağlı fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis oyundan razı qaldığını bildirib: 


“Meydana əsas heyətlə çıxmışdıq. İlk iki oyundan sonra ilk 11-liyin üzvlərinin 90 faizini müəyyənləşdirmişdim. Startdan meydana çıxanlar göstərdilər ki, onlar ilk dəqiqələrdən oynamağa layiqdilər. Bərbad hakimlikdən danışmaq istəmirəm. Komandanın 90 dəqiqə vuruşduğunu söyləyə bilərəm. İstədiyim şeylərin cizgilərini gördüm. Düzdü, səhvlərimiz də çoxdu. Ancaq hücum qurmaqda oyundan oyuna artırırıq. Müdafiənin etibarlı oynaması da məni sevindirir. Təlim-məşq toplanışında bütün futbolçulara şans verdik və mənə elə gəlir ki, onlar sınaqdan üzüağ çıxdılar”.

Xəbər lenti