8 Sentyabr 21:54 “Oyundan və nəticədən razıyam” – Almaniya millisinin baş məşqçisi
FUTBOL xəbərləri 8 Sentyabr 21:54
530 baxış

“Oyundan və nəticədən razıyam” – Almaniya millisinin baş məşqçisi

21 yaşadək futbolçulardan ibarət yığmamız Avro-2017-nın seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız öz meydanında Almaniya millisi ilə üz-üzə gəlib.

 

Qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Almaniya millisinin baş məşqçisi Horst Hrubeş matçla bağlı fikirlərini bildirib:

 

“Bu gün meydana çıxan futbolçularımızın əksəriyyəti cəmi ikinci dəfə idi ki, birgə çıxış edirdilər. Düşünürəm ki, öyrənməli olduqları çox şey var. Bununla belə, oyundan və nəticədən razıyam”.

Xəbər lenti