19 Sentyabr 22:36 “Oyundan və nəticədən razıyam” – Zaur Svanadze
FUTBOL xəbərləri 19 Sentyabr 22:36
483 baxış

“Oyundan və nəticədən razıyam” – Zaur Svanadze

“Mən oyundan və nəticədən razıyam”. Apasport.az saytının sözlərinə görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının V turu çərçivəsində AZAL-ı minimal hesabla məğlub edən “bankirlər”in baş məşqçisi oyunla bağlı fikirlərini bölüşüb:

 

“Heyətimizdə bəzi problemlər vardı. Rauf Əliyev zədə səbəbindən oyunda iştirak edə bilmirdi. İvan Benitez və Səlahət Ağayevin də problemləri var. AZAL kimi komanda ilə oynamaq çətindir. Bütün bunlara baxmayaraq, yaxşı nəticə qazandıq və çox sayda qol epizodları yaratdıq. Çalışacağıq ki, növbəti oyunlarda da qələbələr əldə edək”.

Xəbər lenti