14 Oktyabr 01:14 “Özümü yaxşı hiss etmirəm” – İvaylo Petev
FUTBOL xəbərləri 14 Oktyabr 01:14
3320 baxış

“Özümü yaxşı hiss etmirəm” – İvaylo Petev

“Bu gün yaxşı oynadıq. Oyuna biz nəzarət edirdik. Bu oyunda bizi dəstəkləyən azsaylı azarkeşlərimizə təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev deyib.

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində qələbədən sonra (2:0) bolqar mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

 

- Tsiklin sonunda özünüzü necə hiss edirsiz?

 - Pley-offa vəsiqə qazanmaq istəyirdik. Buna görə də özümü heç də yaxşı hiss etmirəm.

 

- Anti-rekorda imza atdız...

- Artıq neçənci dəfədi ki, Bolqarıstan millisi final mərhələələrindən kənarda qalır. Bu, azarkeşlərə də təsir edir. Hər şeyə rəğmən milliyə dəstək olan hər kəsə təşəkkür edirəm.

 

- Bu komandada potensial görürsüzmü?

-Bu komandada çox böyük potensial var. Əsas olan odu ki, hazırda heyətdə olan gənclər klublarında əsas heyətdə oynasınlar. Oyun təcrübəsi hər şeydən vacibdi.

 

- Seçmə mərhələnin son iki oyunu üçün bir çox yeni oyunçulara dəvət göndərdiz. Ancaq onlara şans vermədiz...

- Mən inandığım oyunçuları çağırmışdım. Ancaq bu gün elə alındı ki, onlara şans verə bilmədim.

 

- Federasiya ilə danışıqlar nə yerdə qaldı?

- Federasiya ilə hələ də komandada qalıb-qalmayacağımla bağlı heç nə danışmamışıq.

Xəbər lenti