11 Avqust 12:43 “Panatinaikos” La Liqa klubuna qarşı
FUTBOL xəbərləri 11 Avqust 12:43
586 baxış

“Panatinaikos” La Liqa klubuna qarşı

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” qısamüddətli təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, afinalılar bu məqsədlə İspaniyaya yollanacaqlar.

 

Komanda bu gün San Sebastian şəhərinə yola düşəcək və orda olduğu müddətdə bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Belə ki, baş məşqçi Yannis Anastasiu yetirmələrini sabah “Anoeta” stadionunda La Liqa təmsilçisi “Real Sosyedad”la qarşılaşmada sınayacaq.

 

Qeyd edək ki, “Qəbələ” ilə "Panatinaikos" arasında oyunlar avqustun 20-də və 27-də keçiriləcək.

Xəbər lenti