14 Avqust 09:17 “Panatinaikos” – “Qəbələ” matçının vaxtı açıqlandı
FUTBOL xəbərləri 14 Avqust 09:17
869 baxış

“Panatinaikos” – “Qəbələ” matçının vaxtı açıqlandı

“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki cavab görüşünün təqvimi açıqlanıb. Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Afinada baş tutacaq “Panatinaikos” – “Qəbələ” qarşılaşmasının başlama saatı müəyyənləşib.

 

Avqustun 27-də “Apostolos Nikolaidis” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı idarə edəcək hakimlər briqadası isə hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 20-də “Bakcell Arena”da keçiriləcək.

Xəbər lenti