25 Avqust 11:11 “Panatinaikos”da daha iki itki - FOTO
FUTBOL xəbərləri 25 Avqust 11:11
874 baxış

“Panatinaikos”da daha iki itki - FOTO

“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos”un daha iki futbolçusu zədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri Yunanıstan mətbuatına komandanın baş məşqçisi Yannis Anastasiu verib.

 

O bildirib ki, almaniyalı müdafiəçi Yens Vemmer və finlandiyalı yarımmüdafiəçi Robin Lod məşqdə zədələnib. Anastasiu məhz bu səbəbdən adıçəkilən oyunçuları “Panetolikos”la Yunanıstan Super Liqasının ilk tur qarşılaşmasının “18-liy”inə daxil etməmişdi. Baş məşqçi Vemmer və Lodun “Qəbələ” ilə cavab matçında iştirakının sual altında olduğunu vurğulayıb. O, həmçinin zədədən dönən Maykl Essyeni də Afinadakı matçda meydançaya buraxıb-buraxmayacağına oyun günü qərar verəcəyini deyib.

 

Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” görüşü avqustun 27-də keçiriləcək. Bakıdakı ilk matçda qol vurulmamışdı.

Xəbər lenti