25 Avqust 07:38 “Panatinaikos”dan əzmkar qələbə
FUTBOL xəbərləri 25 Avqust 07:38
320 baxış

“Panatinaikos”dan əzmkar qələbə

Yunanıstan çempionatında I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında Azərbaycan təmsilçisi “Qəbələ”nin rəqibi olan “Panatinaikos” turun son günündə meydana çıxıb.

 

Səfərdə “Panaitolikos”un qonağı olan paytaxt təmsilçisi qarşılaşmadan qələbə ilə ayrılıb – 2:1. “Qəbələ”nin rəqibi ilk yarıda penaltidən buraxılan qolla məğlub duruma düşsə də, fasilədən sonra əzmkar qələbə qazanmağa nail olub. “Panatinaikos”un qollarını Nikos Karelis və Markus Berq vurub.

 

Qeyd edək ki, ilk turdan sonra liderlər qrupunda qərarlaşan afinalılar növbəti turda “Kalloni” ilə görüşəcək.

Xəbər lenti