9 Sentyabr 09:16 PAOK-un Bakıya gələcəyi tarix bəlli oldu - FOTO
FUTBOL xəbərləri 9 Sentyabr 09:16
1208 baxış

PAOK-un Bakıya gələcəyi tarix bəlli oldu - FOTO

UEFA Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda mübarizə aparacaq PAOK ilk matçını məhz təmsilçimizə qarşı keçirəcək. Apasport.az saytı xəbər verir ki, yunanların Bakıya gələcəyi tarix artıq bəllidi.

 

“Qəbələ” ilə sentyabrın 17-də qarşılaşacaq Saloniki təmsilçisi paytaxtımıza oyundan 1 gün əvvəl təşrif buyuracaq. PAOK ayın 16-da səhər saatlarında Bakıya yola düşəcək. Ölkə çempionatında AEK-lə keçiriləcək görüşü nəzərə alan yunanlar “Qəbələ” ilə oyundan dərhal sonra Azərbaycanı tərk edəcəklər.

 

PAOK-un baş məşqçisi İqor Tüdor Bakıda hansı taktikaya üstünlük verəcəyini hələ tam müəyyənləşdirməyib. Xorvatiyalı çalışdırıcının ağlından keçən ilk taktiki sxem 3-4-2-1-di. Komanda bu sxemdə oynayacağı təqdirdə, hücumun sivri ucunda Dimitar Berbatov yer alacaq. Tüdorun fikirləşdiyi digər taktiki sxemdə isə 2 nominal hücumçu yer alır ki, belə olan halda, Berbatovun kiminlə duet təşkil edəcəyini təcrübəli çalışdırıcı hələ müəyyənləşdirə bilməyib.

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – PAOK matçı saat 22:00-da start götürəcək.  

 

 

 

 

Xəbər lenti