8 Sentyabr 13:14 PAOK-un zədəlisi qayıtdı, “Qəbələ”yə qarşı oynayacaq
FUTBOL xəbərləri 8 Sentyabr 13:14
751 baxış

PAOK-un zədəlisi qayıtdı, “Qəbələ”yə qarşı oynayacaq

Dimitar Berbatovun transferindən sonra PAOK-un baş məşqçisi İqor Tüdor hücum duetini müəyyənləşdirməkdə çətinlik çəkir. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcının irəli xətdəki seçim imkanı bir qədər də genişlənib.

 

Belə ki, 2 aydı zədədən əziyyət çəkən Stefanos Atanasiadis sıraya dönüb. Zədəsini sağaldan 27 yaşlı hücumçuya Tüdor əsas və əvəzedici komandalar arasında keçirilən yoxlama matçında şans verib.

 

60 dəqiqə meydanda olan Atanasiadisin şənbə günü “Veriya” ilə rəsmi matçda forma geyinəcəyi gözlənilir. Tüdor yunanıstanlı futbolçunun xidmətindən Avropa Liqasında “Qəbələ” ilə keçiriləcək matçda da yararlanmaq fikrindədi. 

 

PAOK-un yeni transferi Dimitar Berbatov isə fərdi proqram üzrə məşq edir. Fiziki cəhətdən hələlik tam formada olmayan bolqarıstanlı forvard yeni klubunda debütünü məhz “Qəbələ” ilə görüşdə edəcək.

 

Tüdor sentyabrın 17-də baş tutacaq qarşılaşmada Berbatova şans verməklə, onu AEK-lə derbi matçına kimi tam hazır vəziyyətə gətirmək fikrindədi.

 

 

Xəbər lenti