17 Avqust 21:53 Paytaxt derbisini "İnter" qazandı, "Neftçi" öz əli ilə vuruldu
FUTBOL xəbərləri 17 Avqust 21:53
5014 baxış

Paytaxt derbisini "İnter" qazandı, "Neftçi" öz əli ilə vuruldu

Topaz Premyer Liqasının II turu bu gün keçirilən bir oyunla başa çatıb. Apasport.az saytının məlumatına görə, turun son oyun günündə ötən mövsümün gümüş mükafatçısı “İnter” “Neftçi”ni qəbul edib.

 

Avroliqada mübarizəni dayandırdıqdan sonra milli çempionata da yaxşı başlaya bilməyən rəqiblər ikinci qarşılaşmada vəziyyəti düzəltmək arzusunda idilər.

 

Oyuna gəlincə, artıq 16-cı dəqiqədə Xuan Albertonun qırmızı vərəqə alması “Neftçi”ni çətin vəziyyətdə qoyub. Say üstünlüyündən istifadə edən meydan sahibləri fasilə ərəfəsində sabiq "Neftçi"li Denis Silvanın başla vurduğu qol sayəsində hesabı açıb.

 

Sona 11 dəqiqə qalmış İlkin Qırtımovun da meydançadan qovulması ilə futbolçuların sayı bərabərləşib. Lakin "Neftçi"nin son dəqiqələrdəki təzyiqi bir nəticə verməyib və "İnter" ilk qələbəsini qazanıb.

 

 

Topaz Premyer Liqası

II tur

17 avqust (bazar ertəsi)

 


“İnter” – “Neftçi” - 1:0

Qol: D. Silva, 45

Qırmızı vərəqələr: İlkin Qırtımov, 79 - Xuan Alberto, 16

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 18. Mənsur Nəhavəndi, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov

Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 2. Sərtan Taşkın, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 17. Mirsahib Abbasov, 20. Yuri Fomenko, 39. Elnur Süleymanov 

Baş məşqçi: Zaur Svanadze

“Neftçi”: 1. Aqil Məmmədov, 5. Xuan Alberto, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov 

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Kamal Qurbanov

Baş məşqçi: Samir Əliyev

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Xaqani Məmmədov 

17 avqust 2015. “İnter Arena”

Xəbər lenti