30 Oktyabr 11:42 Paytaxt klublarında legioner problemi
FUTBOL xəbərləri 30 Oktyabr 11:42
567 baxış

Paytaxt klublarında legioner problemi

İki futbolçu Topaz Premyer Liqasının sabah start götürəcək XI turunun qarşılaşmalarını sarı vərəqə limitinə görə buraxacaq. Apasport.az saytı xəbər verir ki, mövsümdə 4-cü dəfə xəbərdarlıq alan Nuqzar Kvirtiya və Erik Ramos komandalarına kömək edə bilməyəcəklər.

 

AZAL-ın gürcüstanlı legioneri “Qəbələ” ilə səfər matçında 4-ə çatıb. Bu üzdən də Kvirtiya sabah “Qarabağ”a qarşı oynamayacaq.

 

“Neftçi”nin “İnter”lə görüşündə 4-cü sarı vərəqəsini alan Ramos isə noyabrın 2-də “istirahət edəcək”. Paraqvaylı “Sumqayıt”a qarşı oynaya bilməyəcək.

 

XI tur 6 oyunçu üçün cəzalı duruma düşmək baxımından təhlükəlidi. Hesabında 3 xəbərdarlıq olan Aqil Məmmədov, Aylton Silva (hər ikisi “Neftçi”), Mbah Çimezi, Sadiq Quliyev (hər ikisi “Zirə”), Bəxtiyar Soltanov (“Kəpəz”) və Emin Mehdiyev (“Sumqayıt”) cəzalı duruma düşməmək üçün bu turda sarı vərəqə almamalıdı.

 

Xəbər lenti