27 Aprel 12:50 Paytaxt klubunu gözləyən təhlükə
FUTBOL xəbərləri 27 Aprel 12:50
234 baxış

Paytaxt klubunu gözləyən təhlükə

Moskva “Dinamo”suna UEFA tərəfindən ağır sanksiya tətbiq oluna bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb paytaxt klubunun maliyyə feyr-pleyinə əməl etməməsidi.

 

“Dinamo” sponsor müqaviləsinin bazar dəyərini pozub və klub öz büdcəsində futbolçuların məvacibini artıq göstərib.

 

Moskvalılara yalnız pul cəriməsinin tətbiq olunacağı inandırıcı görünmür. Belə ki, “Dinamo”nun avrokuboklara buraxılmayacağı məsələsi gündəmdədi.

 

Klubun sponsoru VTB müqaviləyə əsasən, ildə 4 milyard pul ödəyir. UEFA-nın tələbi isə budu ki, sponsor müqaviləsi bazar dəyərlərinə uyğun olsun. “Dinamo”nun müqaviləsində isə bu, normadan 10 dəfə artıq göstərilib. Məhz bu səbəbdən Moskva təmsilçisinə ağır cəzanın veriləcəyi gözlənilir. 

 

 

Xəbər lenti