10 Avqust 22:49 “Penalti 100 faiz vardı, amma qırmızı vərəqə...” – Roman Qriqorçuk
FUTBOL xəbərləri 10 Avqust 22:49
4855 baxış

“Penalti 100 faiz vardı, amma qırmızı vərəqə...” – Roman Qriqorçuk

“Düşünürəm ki, bu gün meydançada yaxşı futbol gördüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının açılış turunda öz meydanında “Qarabağ”ı qəbul edən “Qəbələ”nin çalışdırıcısı 2:2 hesabı ilə başa çatan oyundan sonra fikirlərini açıqlayıb.

 

Baş məşqçi “Qarabağ” barədə nəsə demək istəməyib, öz futbolçularına isə təşəkkür edib, onların meydanda əsl xarakter nümayiş etdirdiklərini bildirib:

 

"Neqativ heç nə görmədim. Onlara təşəkkür edirəm. Yüksək temp görmədik. Bunun səbəbi Avropa Liqasındakı oyunlardır. Mənim hakimlərə böyük hörmətim var. Bizim əleyhimizə olan qırmızı vərəqə və penalti barədə onu deyə bilərəm ki, penalti 100 faiz vardı, amma qırmızı vərəqəyə yaxın bir epizod belə yox idi”.

Xəbər lenti