7 Sentyabr 14:01 Petev Azərbaycanla oyunda yeni futbolçulara şans verəcək
FUTBOL xəbərləri 7 Sentyabr 14:01
5264 baxış

Petev Azərbaycanla oyunda yeni futbolçulara şans verəcək

“Avro-2016-nın final mərhələsinə çıxmaq şansımızı itirdik. Buna görə də, son 2 görüşdə heyətdə yeni futbolçulara şans verəcəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev deyib.

 

AÇ-2016-nın seçmə mərhələsində yığmamızla eyni qrupda mübarizə aparan bolqarlar sentyabrın 3-də Norveçə, ardınca isə İtaliyaya uduzmaqla, final mərhələsinə olan iddialarını itiriblər.

 

İtalyanlarla matçdan sonra ölkəsinin mətbuatına danışan Petev seçmə mərhələnin son 2 görüşündə - Xorvatiya və Azərbaycanla matçlarda meydana fərqli heyət buraxacağını, daha çox gənclərə güvənəcəyini qeyd edib: “Bəlkə də, bu, bir çox futbolçu üçün yeni şans olacaq. İtaliyaya uduzduq, çünki rəqibin heyətində texnikalı futbolçular daha çoxdu. Bizim də şanslarımız oldu, ancaq dəyərləndirə bilmədik. Komandama inanırdım, düşünürdüm ki, İtaliyadan yaxşı nəticə ilə qayıda bilərik. Əgər ilk 10-12 dəqiqə ərzində qol vura bilsəydik, oyun fərqli keçəcəkdi”.

 

Petev bu ilin sonunda Bolqarıstan yığmasından ayrılacağı ilə bağlı yayılan xəbərlərə isə münasibət bildirmək istəməyib: “Bu suala cavab vermək istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, biz bolqarlar çox ekstremal millətik, pozitivizm azdı. Əsas problemimiz də elə budu”.