16 Oktyabr 09:18 Petev təzminat almadan yola salınacaq
FUTBOL xəbərləri 16 Oktyabr 09:18
372 baxış

Petev təzminat almadan yola salınacaq

Avro-2016-nın seçmə mərhələsinin son oyununda millimizə qalib gələn (2:0) Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petevin postundan göndərilməsi məsələsi yenidən gündəmə gəlib. Apasport.az saytı xəbər verir ki, bir müddət əvvəl olduğu kimi, yenə yerli mətbuatda yayılan xəbərlərdə Petevlə yolların ayrılacağı bildirilir.

 

Bolqarıstan Futbol Federasiyası milli ilə müqaviləsi olan məşqçini hətta təzminat ödəmədən yola salmaq niyyətindədi. Petevin yığmadakı taleyi ilə bağlı İcraiyyə Komitəsinin gələn ay keçiriləcək iclasında qərar veriləcək.

 

Petevin federasiya ilə imzaladığı müqavilədə göstərilir ki, Bolqarıstan yığması ardıcıl 3 rəsmi oyunda məğlub olacağı təqdirdə, təzminat ödəmədən onunla yollar ayrıla bilər. Norveç (0:1), İtaliya (0:1) və Xorvatiya (0:3) ilə görüşlərdəki ardıcıl məğlubiyyətlər federasiya rəhbərliyinə bu hüququ verir. Onlar həmçinin yeni məşqçi axtarışına başlayıblar. Petevin postunu tutmağa 4 namizəd var. Bunlar Georgi Dermendziyev, Petr Xubçev, Krasimir Balkov və İlian İliyevdi. Namizədlər sırasında Xubçevin millini çalışdırmaq ehtimalı daha çoxdu. 

 

  

Xəbər lenti