13 Avqust 18:59 PFL-dən gəncəli azarkeşlərə şad xəbər!
FUTBOL xəbərləri 13 Avqust 18:59
1072 baxış

PFL-dən gəncəli azarkeşlərə şad xəbər!

İki illik fasilədən sonra Premyer Liqaya dönən “Kəpəz” ev oyunlarını Gəncədə keçirəcək. Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə şəhər stadionunda görülən hazırlıq işləri artıq başa çatıb və komandanın ev oyunlarını doğma şəhərdə keçirməsinə razılıq verilib.


Bu gün Peşəkar Futbol Liqasının rəsmiləri stadionda olub. Adı çəkilən qurumun Texniki-İdman şöbəsinin əməkdaşları arenaya baxış keçirərək təftiş aparıblar və stadionun durumundan razı qalıblar. 

Qeyd edək ki, “Kəpəz” çempionatın ikinci turu çərçivəsində avqustun 16-da doğma meydanda “Zirə”ni qəbul edəcək. Oyun saat 18:30-da başlayacaq.

Xəbər lenti