9 Noyabr 18:39 PFL iki oyunun vaxtını və məkanını dəyişdi
FUTBOL xəbərləri 9 Noyabr 18:39
673 baxış

PFL iki oyunun vaxtını və məkanını dəyişdi

Futbol üzrə Azərbaycan I Divizionunda 9-cu turun “Neftçala” – “Şəmkir” oyunu “Dalğa Arena”da keçiriləcək. Apasport.az saytının PFL-ə istinadən məlumatına görə, buna səbəb Neftçala şəhər stadionunun ot örtüyünün oyun keçirmək üçün tam hazır olmamasıdır.

 

Eyni zamanda, canlı yayımla əlaqədar olaraq, “Bakı” – “Turan Tovuz” matçı 12 noyabr tarixində deyil, 11 noyabr tarixdə keçiriləcək.

Xəbər lenti