23 İyul 12:21 PFL klublara vaxt verdi
FUTBOL xəbərləri 23 İyul 12:21
719 baxış

PFL klublara vaxt verdi

Azərbaycan Premyer Liqasında çıxış edən klublar 2015/16 mövsümü üçün sifariş vərəqələrini yeni qaydalarla təqdim edəcək. Apasport.az saytının məlumatına görə, bu dəfə komandalar sərbəst deyil, xüsusi qrafikə uyğun şəkildə Peşəkar Futbol Liqasına təqdim edəcək.

 

Bunun üçün hər kluba 4 saat vaxt ayrılıb. Komandaların günlər üzrə ardıcıllığı isə ötən mövsümkü mövqeyinə əsasəndi.

 

“Kəpəz”lə “Zirə” avqustun 1-də, “Rəvan”la “Sumqayıt” 3-də, “Xəzər Lənkəran”la AZAL 4-də, “Neftçi” ilə “Qəbələ” 5-də, son çempionatın iki ən yaxşı komandası “İnter”lə “Qarabağ” 6-da sifariş vərəqini təqdim edəcək.

 

Bu siyahıda adı birinci göstərilənlər saat 09:00-13:00-da, ikincilər isə 14:00-18:00-da bu proseduru keçməlidi.

 

Mənbə: pfl.az

 

Xəbər lenti