12 Avqust 15:25 PFL “Qarabağ” və “Neftçi”nin oyunu ilə bağlı dəyişiklik etdi
FUTBOL xəbərləri 12 Avqust 15:25
1390 baxış

PFL “Qarabağ” və “Neftçi”nin oyunu ilə bağlı dəyişiklik etdi

Topaz Premyer Liqasının II turunun oyun cədvəli müəyyənləşib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, təqvimdə müəyyən dəyişikliklər olub.

 

Avropa Liqasında mübarizəni davam etdirən “Qarabağ” PFL-ə müraciət edərək, ev oyunlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun təmirə bağlandığını bildirib. “Qarabağ” bununla əlaqədar olaraq, II turda  “Rəvan”a qarşı keçirilməli olan ev görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “Rəvan”ın razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası “Qarabağ” – “Rəvan” matçı ilə bağlı dəyişiklik edib. Belə ki, II  turda “Rəvan” “Qarabağ”ı, ikinci dövrənin X turunda isə “Qarabağ” “Rəvan”ı qəbul edəcək.
 

Həmçinin canlı yayımla əlaqədar olaraq, “İnter” – “Neftçi” matçı öncədən nəzərdə tutulduğu kimi avqustun 15-də deyil, 17-də baş tutacaq.

 

 

Topaz Premyer Liqası

II tur
 

15 avqust (şənbə)
21:00. “Rəvan” – “Qarabağ”
“Bayıl Arena”
21:00. AZAL – “Qəbələ”
“AZAL Arena”

16 avqust (bazar)
18:30. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu

21:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
“Kapital Bank Arena”

17 avqust (bazar ertəsi)
21:00. “İnter” – “Neftçi”
“İnter Arena”

Xəbər lenti