9 Noyabr 23:42 Pirlo, Lempard və Vilya üçün yeni baş məşqçi
FUTBOL xəbərləri 9 Noyabr 23:42
652 baxış

Pirlo, Lempard və Vilya üçün yeni baş məşqçi

"Nyu-York Siti" yeni baş məşqçi ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi Fransa yığmasının və "Arsenal"ın əfsanəvi futbolçusu Patrik Vieyra ilə anlaşıb. Onunla üç illik müqavilə imzalanıb.

 

Vieyra buna qədər "Mançester Siti"nin aşağı yaş qruplarında çalışıb. O, yeni klubunda fəaliyyətə yanvarın 1-dən başlayacaq.

 

"Nyu-York Siti" MLS liqasında pley-offa yüksələ bilməyərək, mövsümü başa vurub.

 

Qeyd edək ki, bu klubun heyətində Andrea Pirlo, Frenk Lempard və David Vilya kimi ulduzlar çıxış edir.

Xəbər lenti