28 Avqust 14:17 Pley-off mərhələsində yeni rekord
FUTBOL xəbərləri 28 Avqust 14:17
1666 baxış

Pley-off mərhələsində yeni rekord

Avropa Liqasının pley-off mərhələsində yeni tamaşaçı rekordu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, “Borussiya” (Dortmund, Almaniya) – “Odd” (Norveç) matçında baş tutub.

 

“Borussiya”nın 7:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanı 64200 tamaşaçı stadiondan izləyib. Bununla da, 2011-2012 mövsümündə keçirilmiş “Şalke” – “Helsinki” matçındakı (52034 tamaşaçı) rekord təzələnib.

 

Turnirin qrup mərhələsində ən çox tamaşaçı sayı isə 2011-ci ildə baş tutmuş “Şalke” – “Styaua” matçında qeydə alınıb (53123). Qrup mərhələsində çıxış edəcək “Borussiya”nın bu rekordu da təzələyəcəyi inandırıcı görünür.

Xəbər lenti